Dövlət büdcəsinin gəlir və xərcləri artdı

Hazırda oxunan: Dövlət büdcəsinin gəlir və xərcləri artdı

2997

2020-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilir ki, müvafiq dövrdə dövlət büdcəsinin gəlirləri 18 milyard 54,1 milyon manat olub.

Dövlət büdcəsinin xərcləri isə 11,7 faiz artıb və 18 milyard 642,1 milyon manata çatıb. Büdcənin icrasında yaranmış 588 milyon manatlıq kəsir ümumi daxili məhsulun 1,1 faizinə bərabər olub.

Daxilolmaların 20,2 faizi əlavə dəyər vergisi, 10,7 faizi hüquqi şəxslərin gəlir vergisi, 4,7 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,5 faizi fiziki şəxslərin gəlir vergisi, 3,7 faizi aksizlər, 1,3 faizi sadələşdirilmiş vergi, 1,8 faizi vergilərin digər növləri, 53 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 18,41 faizi iqtisadi fəaliyyətin, 16,3 faizi təhsil və səhiyyənin, 15 faizi ümumi dövlət xidmətlərinin, 14,7 faizi müdafiə və milli təhlükəsizliyin, 13,8 faizi sosial müdafiə və sosial təminatın, 21,7 faizi isə digər sahələrin maliyyələşməsinə xərclənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin