Tikinti materiallarının istehsalı artıb - Evlər niyə ucuzlaşmır?

Hazırda oxunan: Tikinti materiallarının istehsalı artıb - Evlər niyə ucuzlaşmır?

0:00
0:00
29933

Azərbaycanda həm çoxmərtəbəli bina, həm də həyət evlərinin qiyməti kifayyət qədər yüksəkdir. Bəs, ölkəmizdə bu ilin yanvar-iyun aylarında tikinti materiallarının istehsal durumu necə olub.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əksər tikinti materiallarıının istehsalında kifayyət qədər artım baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya imdad diləyir – İnşaatda işçi qüvvəsi çatışmır


Tikinti materiallarının istehsalının ümumi dəyəri 374,4 milyon manat olub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 40,2 faiz artım deməkdir. 

Bu ilin yanvar-iyun aylarında tikinti materialların istehsal göstəricilərini və bu göstəricilərin ötən ilin müvafiq dövrü ilə müqayisəsini təqdim edirik: 

Sement - 1702,0 min ton  - 8,4 faiz artım

Tikinti gipsi - 12,3 min ton  - 33,7 faiz artım

Tikinti əhəngi - 17,5 min ton - 29,6 faiz artım

Sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpicləri -  37,0 min ton - 76,2 faz artım

Betondan yığma tikinti konstruksiyaları - 36,7 min kub metr - 112,1 faiz artım

Asfalt - 40,3 min ton – 43.3 faiz azalma 

Tikinti kərpici - 276,1 min kub metr  - 16,8 faiz artım

Hörmə üçün hazır beton qarışığı - 1230,1 min ton - 41,6 faiz artım

Emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar -  18601,2 ton - 83,1 faiz artım.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin