5 G Azərbaycanda niyə QORXU ilə qarşılanır? – Mütəxəssisdən ƏSASLANDIRMA

Hazırda oxunan: 5 G Azərbaycanda niyə QORXU ilə qarşılanır? – Mütəxəssisdən ƏSASLANDIRMA

29655

Azərbaycanda hələ də 5 G texnalogiyası ilə bağlı ajiotaj var. İctimaiyyətdə gedən müzakirələrdən də görünür ki, bu texnalogiyanın ölkəmizdə tətbiqi və istifadəsindən narahatlıq və təşviş keçirənlərin sayı kifayət qədərdir.  İddialara görə 5 G-nin insan səhhətinə zərəri ifadə edilməyəcək qədər ciddi və təhlükəlidir. 

Məlumat üçün bildirək ki, Çində 5 G istifadəçilərinin sayı 90 faiz üzərindədir. Digər ölkələrin də pay göstəriciləri yüksəkdir. 

Bəs, Azərbaycanda 5 G-nin istifadəsi niyə qorxu ilə qarşılanır?

İKT mütəxəssisi Elvin Abbasov Bizim.Media-ya açıqlamasında deyib ki, təbii ki, 5 G yeni texnalogiya olduğu üçün məsələyə birmənalı yanaşılmır və zərərləri barədə hər kəs düşünməyə başlayır:

“Halbuki 5 G texnalogiyasının zərərləri barədə bu günə qədər heç bir səhiyyə orqanı, alim və ya mütəxəssislər tərəfindən elmi məqalə yoxdur. Sadəcə qəbul olunmamış və elmi təsdiqini tapmamış teorilər var. Hansı ki, bu açıqlamalar sıravi şəxslər, bloger və ya siyasi qalmaqallar yaradanlar tərəfindən ortaya atılır. Bu tip fikirlərə köklənib cəmiyyətdə yalnız məlumatlar formalaşdırmaq düzgün deyil”.

Ekspert 5 G texnalogiyasını sürət və məlumatın operativ, intensiv ötürülməsi, eləcə də süni intellektin qurumlara tətbiq olunması baxımından üstün texnalogiya hesab edir:

“Tutaq ki, ABŞ-da hansısa cərrah Azərbaycanda onlayn olaraq əməliyyat aparmaq istəyirsə, bu yalnız 5 G kimi sürətli texnalogiya tərəfindən həyata keçirilə bilər. Bu bir texnalogiyadır. Qorxmağa, təlaşlanmağa ehtiyac yoxdur. Sabah 6 G də olacaq. Bu texnalogiyalar artdıqca, insanın bədən immuniteti də o şüaları qarşılaya biləcək qədər güclənir. Məsələn, dərman içirsiz baş ağırınız keçir, bədəniniz o dərmana qarşı immunitet yaradır. Dərmanı da istehsal edən şirkətlər pereparatın dozasını artırırlar. Bu, həmçinin alış-verişdir. 5 G-nin təsir gücü bu gün insanların evində, ofisində istifadə etdiyi "Wi-Fi" a bərabərdir. “Wi-Fi” sizə daha yaxındır. 5 G isə uzaq olacaq. Bu baxımdan nəzərə alsaq, nisbi bir yanaşma əldə edə bilərik”. 

Elvin Abbasov 5 G texnalogiyasının koronavirusla əlaqəsindən də danışıb. O, deyib ki, sözügedən texnalogiya barədə ilk dəfə ABŞ-da buna bənzər ajiotajlı məlumat dərc edilmişdi:

“Bildirilmişdi ki, guya 5 G-nin kabeli quraşdrılan yerdə kütləvi quş qırılması baş verib. Sonra açıqlandı ki, məlumat həqiqətəuyğun deyil. Azərbaycanda da 5 G haqda müxtəlif təzadlı və səthi fikirlər səsləndirildi. Qaldı ki, koronavirusun 5 G ilə əlaqələndirilməsinə, ümumiyyətlə virusu hazırda bütün proseslərlə bağlayırlar. Amma koronavirusun 5 G ilə təması və ya təsirləri barədə təsdiq olunmuş əsaslı elmi məqalə yoxdur”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin