“Azərmarka” “Azərpoçt”a birləşdirilir

Hazırda oxunan: “Azərmarka” “Azərpoçt”a birləşdirilir

29635

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeli qurum “Azərmarka” MMC “Azərpoçt” MMC-yə birləşdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, buna əsasən, Mülki Məcəllə və digər normativ hüquqi aktlara uyğun olaraq “Azərpoçt” yenidən təşkil ediləcək.

Bundan sonra “Azərmarka” “Azərpoçt”un struktur bölməsi kimi fəaliyyət göstərəcək. Onun bütün hüquq və öhdəliklərini hüquqi varisi - “Azərpoçt” yerinə yetirəcək.

Məqsəd nazirliyin strukturuna daxil olan və olmayan qurumlarının fəaliyyətinin optimallaşdırılması, səmərəliliyin artırılması və resurslardan ümumi istifadənin təmin olunmasıdır.

“Azərmarka”nın əsas fəaliyyət istiqaməti Dövlət Poçt Ödəniş Nişanlarının – poçt markaları, markalı zərflər, poçt kartlarının nəşri və dövriyyəyə buraxılmasından ibarət olub. Həmçinin qurum tərəfindən bloklar, kiçik vərəqlər, bukletlər, poçt ştempellərinin ottiskləri və filatelistlərin kolleksiya obyektləri sayılan digər məhsullar, o cümlədən açıqcalar, müxtəlif suvenirlər hazırlanıb.

Yuxarıda qeyd edilən işləri bundan sonra “Azərpoçt”un tərkibində yaradılacaq müvafiq struktur bölmə həyata keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin