Nazir rusiyalı ixracatçılarla Zəngəzur dəhlizindən danışdı

Hazırda oxunan: Nazir rusiyalı ixracatçılarla Zəngəzur dəhlizindən danışdı

29591

“Azərbaycan və Rusiya müxtəlif beynəlxalq nəqliyyat dəhlizlərində əməkdaşlığı davam etdirirlər”.

Bizim.Media xəbər verir ki, bu barədə  nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Rusiya ixracatçıları ilə görüşündə danışıb

Nazirin sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Rusiya, Azərbaycan və regionun transport imkanlarını genişləndirəcək.

Rəşad Nəbiyev əlavə edib ki, bu gün işğaldan azad edilən ərazilərdə sürətli şəkildə avtomobil yollarının bərpası, əsas yolların yenidənqurulması prosesi gedir.

O, həmçinin, ölkədə yük avtomobilləri parkının yenilənməsi məsələsinə də toxunub:

“Azərbaycana yeni, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin gətirilməsi həm daha sürətli nəqliyyat və çatdırılma prosesinə, həm də effektiv logistikaya töhfə verəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin