2021-ci ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 milyard 370,4 milyon manat təşkil edib.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 2 milyard 153,7 milyon manatı heyvandarlıq, 2 milyard 216,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 5,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,4 faiz, bitkiçilik məhsulları üzrə isə 8,9 faiz artıb.
İstehsal edilən məhsullar üzrə göstəriciləri və ötən illə müqayisədə artma, azalma faizlərini təqdim edrik.
Bitgiçilik
Dənli paxlalı bitkilər – 2 milyon 627,7 min ton (10,8 faiz çox)
Kartof - 391,2 min ton (6,2 faiz çox),
Tərəvəz - 776,7 min ton (8,3 faiz çox),
Bostan məhsulları - 100,1 min ton (30,7 faiz çox)
Meyvə və giləmeyvə - 133,9 min ton (1,5 faiz çox),
Tütün - 1462,6 ton (10,3 faiz çox),
Yaşıl çay yarpağı - 522,4 ton (23,7 faiz çox)
2021-ci il iyul ayının 1-nə ölkədə ümumi sahəsi 1,4 min hektar olan 3159 vahid istixana fəaliyyət göstərib.
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 17,2 faiz artaraq 213,0 min ton, xiyarın istehsalı 13,5 faiz artaraq 12,2 min ton olub.
Heyvandarlıq
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 268,5 min ton, süd istehsalı 1,8 faiz artaraq 1075,3 min ton, yun istehsalı 0,1 faiz artaraq 14,6 min ton, barama istehsalı 10,2 faiz artaraq 491,3 ton, yumurta istehsalı isə 4,0 faiz azalaraq 951,3 milyon ədəd olub.
Xatirə, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:00 / 22.07.2021
6 ayda quş əti istehsalı artıb – Bəs yumurta? - STATİSTİKA
Hazırda oxunan: 6 ayda quş əti istehsalı artıb – Bəs yumurta? - STATİSTİKA
Hazırda oxunan: 6 ayda quş əti istehsalı artıb – Bəs yumurta? - STATİSTİKA
29519
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.