Ölkədə siqaret çəkənlər və şərab içənlər artıb – ARTIM FAİZLƏRİ

Hazırda oxunan: Ölkədə siqaret çəkənlər və şərab içənlər artıb – ARTIM FAİZLƏRİ

29467

Azərbaycanda 2021-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 80,8 faiz, qida məhsullarının istehsalında 8,1 faiz artım, içki istehsalında isə 5,0 faiz azalma müşahidə olunub.

Qida məhsullarından qənd və şəkər tozunun istehsalı 79,3 faiz, duru bitki yağlarının istehsalı 4,6 faiz, kərə yağının istehsalı 5,4 faiz, kolbasa məmulatlarının istehsalı 8,4 faiz artıb, marqarin istehsalı isə 8,7 faiz azalıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan bu il ötən ildən 59,2% çox tütün idxal edib - STATİSTİKA

 
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən ölkəmizdə qida məhsullarının, içki və tütün məmulatlarının istehsal göstəricilərini və ötən ilin müvafiq dövrü ilə müqayisədə artım və ya azalma faizini təqdim edir:

Qida məhsulları 

Kolbasa məmulatları – 12 061,5 ton   -  8,4 faiz artım

Qaymaq və xama -  4521,9 ton  -  22,6 faiz artım

Pendir və kəsmik  - 26741,5 ton  - 1,7 faiz artım

Kərə yağı - 12838,5 ton  - 5,4 faiz artım

Cem və marmeladlar -  44469,9 ton - 17,7 faiz artım

Duru bitki yağları - 28298,2 ton  - 4,6 faiz artım

Marqarin -  24491,0 ton – 8,7 faiz azalma,

Qida üçün yararlı olan duz - 36,0 min ton - 2,9 faiz artım,

Qənd və şəkər tozu, 169,6 min ton - 79,3 faiz

İçki məhsulları 

Araq -  744,8 min dkl  - 38,3 faiz azalma

Brendi (konyak) - 10,0 min dkl – 24 faiz azalma 

Üzüm şərabı 334,2 min dkl -  206,0 faiz artım 

Pivə  - 2574,3 - 3,3 faiz artım

Alkoqolsuz içkilər, 14656,9 min dkl - 16,4 faiz artım

Tütün məmulatları 

Fermentləşdirilmiş tütün - 663,1 ton – 73,3 faiz azalma 

Papiros və siqaretlər - 6888,5 milyon ədəd – 2,3 dəfə artım

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin