Şükürbəyli-Cəbrayıl-Hadrut yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Tikintisi aparılan yolun uzunluğu 39,7 kilometrdir.
Hazırda sözügedən avtomobil yolu boyunca torpaq işləri görülür.
Həmçinin 38 dairəvi boru və 7 düzbucaqlı su ötürücü, həmçinin yolun 1, 18, 19, 26, 30 və 38-ci km-lik hissələrində olmaqla 6 yeni avtomobil körpüsü inşa edilir. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib.
Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq.
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edəcək.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:31 / 15.07.2021
Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun tikintisi sürətləndirildi - FOTO
Hazırda oxunan: Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun tikintisi sürətləndirildi - FOTO
Hazırda oxunan: Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun tikintisi sürətləndirildi - FOTO
28626
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.