Mikayıl Cabbarov iqtisadi rayonların yeni bölgüsündən YAZDI

Hazırda oxunan: Mikayıl Cabbarov iqtisadi rayonların yeni bölgüsündən YAZDI

27903

"Prezident İlham Əliyevin iqtisadi rayonların yeni bölgüsünü təsdiqləməsi Azərbaycan torpaqlarının tarixi adlarının bərpası baxımından xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, iqtisadi ixtisaslaşmanı səmərəli investisiya siyasətinin həyata keçirilməsini, idarəetmədə çevikliyin artırılmasını təmin edəcək".

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbukda bildirib.

"Bu yanaşma Vətən müharibəsində böyük Zəfərdən sonra formalaşmış yeni reallıqları ehtiva edir və işğaldan azad edilmiş ərazilərimizin dirçəlişi və tərəqqisi üçün mühüm təkandır. İqtisadi zonaların ahəngdar və hərtərəfli inkişafı ölkəmizin iqtisadiyyatına və xalqımızın rifahına öz töhfələrini verəcəkdir", - deyə o, qeyd edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin