“770-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur” - Mikayıl Cabbarov

Hazırda oxunan: “770-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur” - Mikayıl Cabbarov

27698

"İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu bu ilin yanvar-may aylarında 339 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,9 milyon manat güzəştli kredit verib. Bu kreditlər hesabına 770-ə yaxın yeni iş yeri-nin yaradılması nəzərdə tutulur".

Bizim.Media xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov  feysbuk hesabında yazıb.
Qeyd edib ki, güzəştli kreditlərin 95,7%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür:

“Kreditlərin 79%-i regionlarda, 21%-i isə Bakı şəhəri və ətraf qəsəbələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilib. Ayrılmış vəsaitlərin 37,6%-i sənaye məhsullarının istehsalı və emalı, 53,7%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 8,7%-i isə digər sahələrin inkişafına yönəldilib”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin