"Brent"in qiyməti ilk dəfə 77 dolları keçdi

Hazırda oxunan: "Brent"in qiyməti ilk dəfə 77 dolları keçdi

27487

30 oktyabr 2018-ci il tarixindən bu yana ilk dəfə olaraq "Brent" markalı neftin qiyməti 77 dollar həddini keçib. 

Bizim.Media xəbər verir ki, “Ria Novosti”yə istinadla bildirir ki,  qiymət artımının səbəbi bu gün baş tutmalı olan "OPEC +" iclasının ləğvidir. 

Xatırladaq ki, əvvəlcədən planlaşdırıldığı kimi bazar ertəsi günü "OPEC +" ölkələrinin iclası baş tutmalı idi. Lakin iştirakçılar qeyri-rəsmi məsləhətləşmələr apardıqları üçün iclas təxirə salınıb.

Alyans nümayəndə heyətlərindəki mənbələrdən bildirilib ki, təşkilat iclası ləğv edib və yeni danışıqların tarixinə hələ ki qərar verilməyib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin