Daşkəsəndə yerləşən “Çovdar” qızıl mədəninin istismarı nəticəsində bugünədək əlvan metal ixracından ölkə iqtisadiyyatına 639 milyon manatdan çox vəsait cəlb edilib.
Bizim.Media-nın “AzerGold” QSC-yə istinadən verdiyi məlumata görə, qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov Səhmdar Cəmiyyət öz səhmdarı olan dövlətə ilk dəfə dividend ödənilməsini həyata keçirəcəyi haqqında məlumat verib.
İdarə Heyətinin sədri əlavə edib ki, 2016-cı ildə fəaliyyətə 1 mədənin - “Çovdar” qızıl mədənin istismarından başlayan Cəmiyyət hazırda 2 mədəndə hasilat işləri aparır:
“Qısa dövrdə “Ağyoxuş” yataqlar qrupu və “Mərəh” qızıl yatağının kəşf edilməsinə nail olunub. Ümumilikdə Cəmiyyət “Ağyoxuş” və “Mərəh” də daxil olmaqla “Çovdar” əlvan metal filizi yataqlar qrupu, “Köhnəmədən” sahəsi, Naxçıvan Muxtar Respublikasındakı qızıl və mis yataqları (“Göydağ” sahəsi) və “Daşkəsən” dəmir filizi yataqları qrupu üzrə kəşfiyyat işlərini davam etdirir''.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:28 / 05.07.2021
“AzerGold” dövlətə ilk dəfə dividend ödəyəcək - FOTO
Hazırda oxunan: “AzerGold” dövlətə ilk dəfə dividend ödəyəcək - FOTO
Hazırda oxunan: “AzerGold” dövlətə ilk dəfə dividend ödəyəcək - FOTO
27459
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.