Mikayıl Cabbarov qazaxıstanlı həmkarları ilə görüşdü - FOTO

Hazırda oxunan: Mikayıl Cabbarov qazaxıstanlı həmkarları ilə görüşdü - FOTO

27432

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın “Samruk-Kazyna” SC-nin İdarə Heyətinin sədri Almasadam Satkaliyev, “KazMunayQaz” SC-nin İdarə Heyətinin sədri Alik Aidarbayev və həmkarları ilə görüşüb.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata əsasən, görüşdə Azərbaycan və Qazaxıstan arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi vurğulanıb, ölkələrimiz arasında iqtisadi münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.

Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti barədə məlumat verən nazir Mikayıl Cabbarov “Samruk-Kazyna” SC ilə kooperativ idarəetmə sahəsində təcrübə mübadiləsinin, iqtisadiyyata özəl investisiyaların cəlb edilməsinin, portfel şirkətlərin rəqəmsal transformasiyasının əhəmiyyətini diqqətə çatdırıb, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan və Qazaxıstan arasında nəqliyyat-logistika, neft-qaz sahəsində əməkdaşlıq, birgə layihələrin icrası məsələləri müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin