Dəmir yollarında da gedişhaqqı ARTIRILACAQ? - Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Dəmir yollarında da gedişhaqqı ARTIRILACAQ? - Rəsmi AÇIQLAMA

272947

“Ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gedişhaqqı tariflərində dəyişiklik edilməyib, artım yoxdur”.

Bu barədə Bizim.Media-ya "Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Azərbaycanda avtobus və metroda gedişhaqqı ARTDI - RƏSMİ


O, qatarlarda gedişhaqqının artırılmasının nəzərdə tutulmadığnı bildirib.

“Qiymətlər əvvəlki qaydadadır”, - deyə qurum rəsmisi qeyd edib.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib. Yeni tariflərə görə, oktyabrın 1-dən metroda və şəhəriçi avtobuslarda gedişhaqqı 60 qəpik olacaq. Həmçinin, şəhərətrafı avtobuslarda da gedişhaqqı 10 qəpik artırılıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin