Bakıda torpaq sahələri BAHALAŞDI

Hazırda oxunan: Bakıda torpaq sahələri BAHALAŞDI

272547

Bakıda torpaq bazarında aktivlik yüksəlib.

Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının sədr müavini Günay İsmayılqızı deyib.
 

Onun sözlərinə görə, şəhər mərkəzinə və inkişaf edən rayonlara yaxın, infrastrukturla təmin olunmuş torpaq sahələrinə tələbat çoxalıb.


G.İsmayılqızı bildirib ki, təklifin məhdudluğu və tikinti üçün əlverişli ərazilərə maraq nəticəsində torpaq qiymətlərində son dövrdə 15-20 faiz artım qeydə alınıb:

"Ümumilikdə, fərdi yaşayış evləri və torpaq bazarında qiymət artımı və yüksək aktivlik bazarın sabitliyini və davamlı inkişafını göstərir. Həm yeni, həm də köhnə tikililər üzrə tələbatın davam etməsi alıcı marağının geniş spektrdə olduğunu göstərir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin