Naxçıvan duzu niyə xarici bazara ÇIXARILMIR? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Naxçıvan duzu niyə xarici bazara ÇIXARILMIR? - RƏSMİ AÇIQLAMA

272226

Uzun illərdir keyfiyyəti və təbii xüsusiyyətləri ilə seçilən Naxçıvan duzu ölkə daxilində geniş istifadə olunsa da, xarici bazarlara çıxışı təmin edilməyib.

Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən açıqlamada bildirilib ki, hazırda Naxçıvan duzunun heç bir ölkəyə ixracı həyata keçirilmir.

Bəs, duz ixracının olmamasının səbəbi nədir?

İqtisadçı ekspert Natiq Cəfərli məsələyə münasibət bildirərək qeyd edib ki, dünya bazarında duz çox ucuz olduğundan ixrac imkanları məhduddur:
 

“Dünyada ümumiyyətlə duz çox ucuzdur. Bunu ixrac etmək üçün gərək bazarlar tapasan və elə qiymətlə satasan ki, alıcı olsun. Yaxud məhsulun hər hansı bir özəlliyi olmalıdır. Biz Naxçıvan duzunun özəlliyini dünyaya tanıdıb reklam edə bilsək, o zaman satışını da həyata keçirmək mümkündür. Dünya duz bazarında bolluq var, ona görə də Naxçıvan duzunun ixracı yoxdur”,  - deyə Natiq Cəfərli bildirib.


Ekspertin sözlərinə görə Naxçıvan duzunun beynəlxalq brend kimi tanıdılması üçün əlavə təşviqat və marketinq işlərinə ehtiyac var.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin