Avtobuslarda gedişhaqqı ilə bağlı YENİLİK – Bu qaydada HESABLANACAQ

Hazırda oxunan: Avtobuslarda gedişhaqqı ilə bağlı YENİLİK – Bu qaydada HESABLANACAQ

272154

Prezident İlham Əliyevin Fərmanı ilə  yeni yaradılacaq “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun vəsatindən Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində sıxılmış təbii qaz, elektrik mühərriki ilə təchiz edilmiş və nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara subsidiya veriləcək.

Bəs proses necə həyata keçiriləcək? Hansı yeniliklər olacaq?
 

MÖVZU İLƏ BAĞLI

Yanvarın 1-dən qaydalar dəyişir - Avtobus sürücüləri sərnişinə görə yarışmayacaq


Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Yasin Mustafayev deyir ki, bu əslində brutto müqaviləsidir:

“Brutto müqaviləsi sistemi əsasən daşıyıcı şirkətlərə aiddir. Elə marşurut xətləri var ki, orada sərnişin sayı azdır. Bu da daşıyıcı şirkətlərə sərf eləmir. Bəzi saatlarda sərnişinlər az olduğundan avtobuslar yarımboş hərəkət edir. Bu da təbii ki, maya dəyərin şişməsinə səbəb olur. Ona görə də belə xətlərdə işləmək daşıyıcı şirkətlərə sərf eləmir.

İndi isə planlaşdırılır ki, daşımalar məsafəyə görə ödəniş sisteminə keçsin.

Belə olacağı təqdirdə yaxın məsafəyə gedən daha az vəsait ödəyəcək, daha uzaq məsafəyə gedən isə bir qədər çox gedişhaqqı ödəyəcək. Bundan toplanan vəsait burutto müqaviləsinə əsasən yeni yaradılacaq Fondda toplanacaq. Daha sonra isə daşıyıcı şirkətə sərnişin daşıdığına görə yox, getdiyi məsafəyə görə ödəniş olacaq. Bu da daşıyıcı şirkətlərdə marağın oyanmasına xidmət edəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin