AIIF-2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər İMZALANDI - FOTO

Hazırda oxunan: AIIF-2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər İMZALANDI - FOTO

272034

22-23 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda "Parçalanmış qlobal iqtisadiyyatda Şərq-Qərb, Şimal-Cənub əlaqələrinin gücləndirilməsi" mövzusunda Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) keçirilib.

Bizim.Media xəbər verir ki, forum İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı, "The European House – "Ambrosetti" beyin mərkəzinin strateji tərəfdaşlığı, həmçinin "Euronews"un media və "Sea Breeze" turizm zonasının təşkilati dəstəyi ilə baş tutub.
 

Tədbirdə müxtəlif ölkələrdən yüksək səviyyəli rəsmilər, biznes nümayəndələri, qlobal investorlar, dünyanın aparıcı yerli və beynəlxalq şirkətlərinin, maliyyə institutlarının, beyin mərkəzlərinin, yerli və xarici medianın təmsilçiləri daxil olmaqla ümumilikdə 1000-ə yaxın iştirakçı yer alıb.


Forum çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb.

Bunlardan ölkəmizdə xarici investisiyaların cəlbi ilə qeyri-neft sektoru üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələrin dəyəri 7 milyard ABŞ dollarından çoxdur.

Yüksək dəmir tərkibli isti briketləşdirilmiş dəmir istehsalı birgə müəssisənin yaradılmasına dair Sazişə əsasən ölkəmizə təqribən 700 milyon ABŞ dolları dəyərində xarici investisiya yatırılacaq. Sənəd "Daşkəsən Dəmir Filiz" MMC və "Fonte GreenMet Investments Fund OEIC Limited" investisiya şirkəti arasında imzalanıb.

Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi və istismarına dair dəyəri 407 milyon ABŞ dolları olan və xarici investisiya hesabına maliyyələşdirilən Dövlət-Özəl Tərəfdaşlığı Müqaviləsi imzalanıb.

Bu layihə İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkəmizdə icrası nəzərdə tutulan ilk pilot layihədir.

İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin "Modon Holding"i arasında "Şəhər daxilində şəhər" ("City within a City") konsepsiyasının inkişafına dair Əməkdaşlıq Müqaviləsi imzalanıb. Ümumi dəyəri təxminən 5 milyard ABŞ dolları təşkil edən konsepsiya Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zonanın yaradılmasını nəzərdə tutur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin