Azərbaycanda yeni hava limanı bu tarixdə açılacaq

Hazırda oxunan: Azərbaycanda yeni hava limanı bu tarixdə açılacaq

271903

Ələt Azad İqtisadi Zonasında yükdaşımalar üçün nəzərdə tutulmuş hava limanının rəsmi açılışı 2027-ci ilin birinci rübünə planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bunu "Silk Way West Airlines" şirkətinin prezidenti Volfqanq Mayer Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zaman deyib.

""Silkway" yerüstü və hava ilə yükdaşınmaları bir araya gətirməklə, qədim İpək yolu boyunca təkcə hava marşrutlarını yox, həm də multimodal marşrutları inkişaf etdirəcək. Bunun üçün biz yeni yük hava limanı inşa edirik. "Silkway Group" layihəyə 2023-cü ilin sonunda başlayıb. İnşası gələn ilin sonuna yekunlaşacaq, rəsmi açılış mərasimi isə 2027-ci ilin birinci rübündə baş tutacaq", -deyə şirkətin prezidenti vurğulayıb.

O, aeroportun Ələt Azad İqtisadi Zonasında yerləşəcəyini qeyd edib və bildirib ki, yük aviadaşımaları və logistikanın tammiqyaslı ekosisteminin yaradılması planlaşdırılır.

"Bu, "yaşıl" aeroport olacaq: onun damına günəş panelləri quraşdırılacaq, nəqliyyat üçün isə elektrik və hidroenerji ilə işləyən vasitələrdən istifadə ediləcək. Bu, gələcəyin aeroportudur - ekoloji baxımdan təmiz yük habı", - şirkət prezidenti izah edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin