Bu avtomobillər KƏSKİN BAHALAŞACAQ – Tarix AÇIQLANDI

Hazırda oxunan: Bu avtomobillər KƏSKİN BAHALAŞACAQ – Tarix AÇIQLANDI

271787

1 yanvar 2026-ci il tarixdən hibrid avtomobillərə edilən ƏDV və gömrük rüsumlarının güzəşt müddəti başa çatır. Ehtimal olunur ki, güzəşt müddəti uzadılmayacaq.

Belə olacağı təqdirdə avtomobil qiymətləri necə dəyişəcək?
 

MÖVZU İLƏ BAĞLI:

Bu avtomobillərin qiyməti artacaq? - VİDEO


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən nəqliyyat üzrə ekspert Yasin Mustafayev deyir ki, güzəştlərin tətbiqi ölkəmizə gətirilən avtomobillərin qiymətinin aşağı düşməsində və Azərbaycanda ekoloji cəhətdən sərfəli olan hibrid və elektron avtomobillərin artmasına səbəb oldu:

“Bu addım avtoparkın yenilənməsində və ətraf mühitə atılan CO2 emissiyasının azalmasına təkan verdi. Təəssüf ki, ilin sonunda bu güzəştlər ləğv ediləcək. Çünki bu güzəştlər hesabına dövlət büdcəsi hər il müəyyən miqdarda gəlirdən məhrum olur”.

Müsahibimiz əlavə edib ki, 18 faiz ƏDV və 15 faiz gömrük rüsumu bərpa olunarsa, yeni avtomobillərin qiymətlərində kəskin artım olacaq:

“Avtomobilin qiymətini ucuzlaşdırıb, ölkədə avtomobillərin sayını çox eləmək də bizim hədəflərimizə uyğun deyil. Tək bir faktı deyim ki, sentyabrın 15-dən paytaxtda tıxaclar daha da artdı. Bunun səbəblərindən biri də ölkəyə gətirilən onminlərlə avtomobillə bağlıdır.

Nəzərə alaq ki, ölkəyə gətirilən yeni avtomobillərin böyük əksəriyyəti Bakıda qalır. Bu gedişlə gələcəkdə vəziyyət daha da bərbad olacaq. Ona görə də “avtomobil parkını yeniliyirik” deyib ölkəyə ucuz avtomobilləri doldurmaq doğru addım deyil. Proses tədricən baş verməlidir. Yəni köhnə avtomobillər utilizasiyaya getməlidir, tədricən də yeni avtomobillər gətirilməlidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin