Növbəti ildən fiziki şəxslər gəlir vergisi ödəyəcəklər.
Bəs bu dəyişiklik maaşlara necə təsir göstərəcək?
Bizim.Media xəbər verir ki, bu barədə demokrat.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, fiziki şəxslərdən gəlir vergisinin tutulmasının bərpası özəl sektora aiddir:
“7 il əvvəl dövlət sektorunda yox, özəl sektorda fiziki şəxslərdən gəlir vergisinin tutulmasının 7 il müddətinə ləğv olunması ilə bağlı qərar qəbul edilmişdi. İndi o müddət başa çatacaq. Dövlət sektorunda bu vergi onsuz da ödənilirdi. Bu, özəl sektorda fiziki şəxslərdən gəlir vergisinin çıxılması ilə nəticələnəcək — yəni maaşlarda cüzi azalma qeydə alınacaq.
Bəziləri qarışdırırlar və hesab edirlər ki, DSMF-nin ayırdığı məbləğlər də azalacaq, amma yox, bunun o ödənişlərə heç bir aidiyyəti yoxdur”.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
17:52 / 18.09.2025
Gələn ildən bu şəxslərin maaşından vergi çıxılacaq
Hazırda oxunan: Gələn ildən bu şəxslərin maaşından vergi çıxılacaq
Hazırda oxunan: Gələn ildən bu şəxslərin maaşından vergi çıxılacaq
271181
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.