Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə qanunvericilik layihəsi artıq hazırlanıb.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov Türk Dünyası Sığorta Birliyinin Şuşada keçirilən ilk Assambleyasında deyib.
Onun sözlərinə görə, əsas məqsəd dövlət üçün katastrofik risklərin yaratdığı fiskal yükün azaldılmasıdır:
"Bu sistemi tətbiq etməklə, katastrofik riskləri sığorta şirkətlərinə və bütövlükdə sığorta sektoruna transfer edəcəyik. Buraya müntəzəm baş verən sosial risklər də daxildir. O cümlədən yanğın və partlayış kimi risklər bu çərçivədə nəzərdə tutulub. Əsas hədəf həm də katastrofik təhlükələrin nəticələrinin qarşısını almaqdır. Qeyd etmək lazımdır ki, belə risklərin sığortası özlüyündə spesifik xarakter daşıyır". (Report.az)
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
13:31 / 14.09.2025
Azərbaycanda yanğın və partlayış riskləri də icbari sığortaya daxil ediləcək
Hazırda oxunan: Azərbaycanda yanğın və partlayış riskləri də icbari sığortaya daxil ediləcək
Hazırda oxunan: Azərbaycanda yanğın və partlayış riskləri də icbari sığortaya daxil ediləcək
270358
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.