Bu ölkədə yeni "iPhone"un satışı qadağan olundu

Hazırda oxunan: Bu ölkədə yeni "iPhone"un satışı qadağan olundu

270325

Apple korporasiyası Çində "iPhone Air" modelinin satışına icazə ala bilməyib.

Bizim.Media xəbər verir ki, Amerika şirkəti ultra-nazik "iPhone Air" modelinin satışa başlanmasını təxirə salmalı olub.
 

Bununla yanaşı, "iPhone 17" seriyasının qalan modelləri həm Çində, həm də bütün dünyada 19 sentyabrdan etibarən satışda olacaq. Səbəb kimi yerli tənzimləyicidən eSIM texnologiyası ilə bağlı icazə almaq zərurəti göstərilir.


Çində eSIM texnologiyasına malik avadanlığın satışa çıxarılması üçün tənzimləyici orqanlardan icazə tələb olunur. Əvvəllər Apple bu bölgədə yalnız belə icazəsi olan "China Unicom" operatoru ilə əməkdaşlıq edirdi.

Lakin 2025-ci ildən etibarən IT nəhəngi "China Mobile" və "China Telecom" ilə də işləməyə başlayıb və görünür, bu operatorların hələ müvafiq lisenziyaları yoxdur.

Böyük ehtimalla, normativ maneələr aradan qaldırıldıqdan sonra "iPhone Air" Çin bazarında satışa çıxacaq. /Lent.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin