Bakının bu rayonunda evlər BAHALAŞIB

Hazırda oxunan: Bakının bu rayonunda evlər BAHALAŞIB

269339

2025-ci ilin avqustunda ötən ilin müvafiq dövrü ilə müqayisədə fərdi yaşayış evləri üzrə ən çox bahalaşma Səbail rayonunda baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Metbuat.az”a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib.
 

Onun sözlərinə görə, Səbail rayonunda yerləşən fərdi yaşayış evləri ötən illə müqayisədə 26,5% bahalaşıb.


Cari ilin iyul ayı ilə müqayisədə isə bu rayon üzrə 1,1% bahalaşma olub.

Qiymət artımlarında Səbaili Nizami, Nərimanov və Xəzər rayonları izləyib. Nizamidə fərdi yaşayış evləri 18%, Nərimanov və Xəzərdə isə müvafiq olaraq 17,8% və 16,5% bahalaşıb. İyul ilə müqayisədə bu rayonlar üzrə bahalaşma müvafiq olaraq 1%, 1,5% və 2,1% olub.

İllik müqayisədə Nəsimidə 15,2%, Sabunçuda 14,8%, Binəqədidə 13%, Suraxanıda 12,4%, Yasamal rayonunda isə 11,5%-lik bahalaşma olub. İyul ilə müqayisədə Nəsimi, Sabunçu və Binəqədidə 1%-lik, Suraxanı və Yasamalda isə 0,5%-lik qiymət artımları olub.

Ötən ilin avqustu ilə müqayisədə bu ilin avqustunda ən aşağı qiymət artımı Pirallahı, Xətai və Qaradağ rayonlarında qeydə alınıb.

Pirallahıda fərdi yaşayış evlərinin qiyməti 10%, Xətaidə 9,9%, Qaradağda isə 9% artıb. Cari ilin iyulu ilə müqayisədə bu rayonlarda bahalaşma müvafiq olaraq 0,5%, 1,3%, və 0,5% olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin