Azərbaycanla Qətər arasında prioritet sektorlar üzrə tərəfdaşlığın gücləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Qətərə səfərimiz çərçivəsində bu ölkənin ticarət və sənaye naziri Şeyx Faisal bin Tani bin Faisal Al Tani ilə görüşdük. Azərbaycan - Qətər ticarət əlaqələrinin möhkəmləndirilməsinin, qarşılıqlı investisiyaların həcminin artırılmasının hər iki ölkənin iqtisadi inkişafına töhfə verəcəyini vurğuladıq.
Enerji, yaşıl texnologiyalar, kənd təsərrüfatı və infrastruktur kimi prioritet sektorlar üzrə tərəfdaşlığın gücləndirilməsi haqqında fikir mübadiləsi apardıq", - M.Cabbarov qeyd edib.
Bizim.Media