Bu avtobuslar idxal gömrük rüsumundan azad edildi - QƏRAR

Hazırda oxunan: Bu avtobuslar idxal gömrük rüsumundan azad edildi - QƏRAR

268872

"Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb
Oturacaqsız, tutacaqsız və monitor quraşdırılmamış olan elektrik mühərriklə hərəkətə gətirilən avtobusların hər ədədi üçün 15 faiz idxal gömrük rüsumu müəyyənləşib.

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında da dəyişiklik edib.
 

Qərara əsasən, İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə idxal olunan oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobuslar idxal gömrük rüsumuna cəlb olunmayacaq.


Bu Qərar 2025-ci il avqustun 1-dən tətbiq edilir və 2027-ci il 1 yanvar tarixinədək qüvvədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin