Dollara tələbat KƏSKİN AZALDI – Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Hazırda oxunan: Dollara tələbat KƏSKİN AZALDI – Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

268722

Banklar 2025-ci ilin ilk yeddi ayında əhalidən ümumilikdə nağd 1 milyard 156.7 mln. ABŞ dolları satıblar. Bu satışlar keçən ilin analoji dövründə qeydə alınmış 1 milyard 753.8 milyon dollardan 34 faiz azdır.

İlk yeddi ayın sonuna olan nəticəyə əsasən yerli banklar əhalidən nağd 1 milyard 177.8 milyon dollar alıblar ki, bu da 2024-cü ilin analoji dövründən 2% yuxarıdır.

Ümumi yeddi ay üzrə əhalidən banklara nağd dollar axını 21.11 mln. dollar olub. Bu keçən ilin eyni dövründə 595.5 milyon dollardan əks axın idi. Bunun səbəbi maydan (adətən bu belə olur) başlayaraq əhalidən alınan nağd valyutanın onlara olan satışları üstələməsidir. Ölkədə aparılan monitorinqlər göstərirdi ki, sabit məzənnə 1.70 dollar/manatda qalsa da, bir sıra hallarda bank və ecchange-lər bunu 1.70-dən belə aşağı satırlar. Bu adətən banklarda əhali tərəfindən təklifin bol olduğu halda baş tutur.

May-iyul ayları ərzində banklara əhali tərəfindən dollar axının həcmi ümumilikdə 239.75 dollar olub. Bu 2022-ci ildə qeydə alınmış 264.01 mln. dollardan sonra qeydə alınan ən yuxarı rəqəmdir.

Bu vəziyyət dolların məzənnəsinə necə təsir edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Azərbaycan əhalisi 2025-ci ilin yaz-yay aylarından başlayaraq “yastıq altındakı” dollarlarını kütləvi şəkildə banklara gətirib satmağa başlayıb:

“Bu tendensiyanın bir neçə səbəbi var. Birincisi, əhali uzun müddət dolların “1.70” sabit kursunu qoruyacağına inanırdı. Son aylarda isə banklarda dollar satışının hətta 1.70-dən aşağı qiymətə getməsi (1.6995, bəzən daha ucuz) göstərir ki, bazarda təklif çoxalıb, tələbat isə azalıb.

Yəni insanlar artıq “manatın dəyərdən düşəcəyi” qorxusunu az hiss edir, dolları saxlamaqdansa, manata çevirib gəlir əldə etməyi üstün tuturlar.

Bu halda bank faizləri və alternativ gəlir imkanları da yaranır. Çünki Azərbaycanda son aylarda manatla depozitlər üzrə faizlər dollar depozitlərindən daha yüksəkdir. Əhali başa düşür ki, “yastıq altında” saxlanan dollar gəlir gətirmir, amma bankda manatla depozitə qoyulsa, əlavə faiz qazandırır. Bu səbəbdən dollarlarını satıb manatla gəlir gətirən aktivlərə yönəldirlər”.

İqtisadi sabitlik siqnalları da gəlməkdədir.

Müsahibimiz qeyd edib ki, neft qiymətləri nisbətən sabitdir və dövlətin valyuta ehtiyatları yüksək səviyyədə qalır:

“Mərkəzi Bankın kursu qoruması əhaliyə “devalvasiya riski yoxdur” mesajı verir. Bu da dollara olan psixoloji tələbatı azaldır.

İqtisadiyyatda xərclər artıb, kreditlər genişlənib, insanlar da “yastıq altındakı” dollarlarını xərcləyir və ya bank əməliyyatları üçün dövriyyəyə buraxırlar. Xüsusən, yay aylarında toy mövsümü, tikinti, istirahət və digər istehlak xərcləri də manata tələbin artmasına səbəb ola bilər.

İxracdan və xaricdən pul köçürmələrindən gələn valyuta həcmi artdığından, bazarda dollar çatışmazlığı yoxdur. Əhali də görür ki, dollar qıtlığı yaranmayacaq və bu valyutanı satmağa başlayır.

Əhalinin dolları kütləvi şəkildə satması həm psixoloji, həm də iqtisadi səbəblərlə bağlıdır. Ən əsas amil manatın məzənnəsinin sabitliyinə güvənin artmasıdır. Əgər bu tendensiya davam edərsə, banklarda dollar bolluğu qalacaq və hətta müəyyən vaxtlarda dollara tələb azalacağı üçün satış məzənnəsi 1.70-dən də aşağı görünə bilər”.

Surxay Atakişiyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin