“Avtostat” Avropanın ən populyar 10 xarici avtomobilini sadalayıb.
Bizim.Media xəbər verir ki, “Dacia Sandero” hetçbeki 2025-ci ilin iyul ayının yekunlarına görə Avropa bazarında satışların lideri olub.
Yayın ortasında bu modelin Avropadakı satışı 21 min ədəd təşkil edib. İkinci yerdə “Volkswagen T-Roc” qərarlaşıb — 20,7 min ədəd. Üçüncü yeri isə “Toyota Yaris Cross” tutub, bu modeli 17 min avropalı seçib.
İlk onluğa həmçinin daxil olublar: “Volkswagen Tiguan” krossoveri (16,2 min əd.), “Volkswagen Golf” (15,6 min əd.), “Skoda Octavia” (15,3 min əd.), “Kia Sportage” (15 min əd.), “Dacia Duster” (14,8 min əd.), “Renault Clio” (14,3 min əd.) və “Opel Corsa” (14 min əd.). (Lent.az)
Bizim.Media