“Bu qiymət heç materialın pulu etmir” – BTE-dən 2-3 manata satılan məktəbli formasına ETİRAZ

Hazırda oxunan: “Bu qiymət heç materialın pulu etmir” – BTE-dən 2-3 manata satılan məktəbli formasına ETİRAZ

268338

Bu il məktəbli formalarının qiymətləri ucuzlaşıb. Xatırladaq ki, Bakı Tikiş Evində (BTE) qısaqol köynəklər 12 manatdan 8 manata, uzunqol köynəklər 12 manatdan 10 manata, şalvar 20 manatdan 15 manata, ətək 20 manatdan 15 manata, jaket 30 manatdan 20 manata qədər ucuzlaşıb.

Ancaq bəzi satış mərkəzlərində, bazarlarda formalar bu qiymətlərdən belə ucuz, 2-3 manata satılır. Düzdür, bu formaların keyfiyyətindən şübhə edib, almayanlar olsa da, alanlar da az deyil.

Maraqlıdır, 3-4 manata təklif olunan formalar BTE-nin istehsal etdiyi məktəbli geyimlərinin satışlarını azaldıb?

BTE-nin şöbə müdiri Etibar Əzimov Bizim.Media-ya açıqlamasında qeyd edib ki, ucuz formalar BTE-nin satışlarına müəyyən dərəcədə təsir edib.

“2-3 manata satılan formaların keyfiyyətinin fərqinə varmayanlar var.  Bu qiymət heç materialın pulu etmir. Ancaq bizim daimi, məktəb formalarımızın keyfiyyətini bilən müştərilərimiz var”.

Etibar Əzimov bildirib ki, BTE-nin istehsalı olan məktəbli formalarına 1 il zəmanət verilir.

“Buna görə də müştərilər həm qiymətlərdən, həm də formaların keyfiyyətindən razıdır”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin