Azərbaycanda yaşa görə müavinət artırıla BİLƏR

Hazırda oxunan: Azərbaycanda yaşa görə müavinət artırıla BİLƏR

268157

"Azərbaycan Prezidentinin doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması barədə imzaladığı Sərəncam bu gündən qüvvəyə minib".

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Azərbaycanda əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq edən bu sənədlə təqaüdlərin artırılması bu ildən reallaşan beşinci sosial paketin istiqamətlərindən biridir. 

Deputat qeyd edib ki, yeni sənədlə doktorantura səviyyəsi üzrə elmlər doktoru hazırlığı üzrə doktorantlar da daxil olmaqla, təhsilin fərqli pillərində təhsil alan vətəndaşların təqaüdləri artırılıb:

"450 manatadək yüksələn artımlar Azərbaycannda təhsilin inkişafını stimullaşdırmaqla yanaşı, təhsil pilləsində vətəndaşlarımızın sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir. 3 milyon vətəndaşımızı əhatə edən bu ilki sosial paketə dövlət büdcəsindən əlavə olaraq 1.4 milyard manat vəsait ayrılacaq. Bütövlükdə, dövlət büdcəsindən bu il sosial istiqamətə 16.9 milyard manatın ayrılması reallaşacaq. Aydındır ki, təqaüdlərin artımı vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, həm də ölkəmizdə insan kapitalının inkişafının stimullaşdırılması baxımdan da vacib addımdır.

Sosial siyasətin hər zaman diqqət mərkəzində olduğunu nəzərə alaraq növbəti mərhələdə yaşa görə müavinətin də artırılmasını məqsədəuyğun hesab edirik.

Bu istiqamətdə fiskal qiymətləndirilmənin aparılması və müvafiq qərarların verilməsi sosial baxımdan zəruridir. Bütövlükdə, sosial təminat tədbirlərin miqyasını nəzərə aldıqda sosial istiqamətdə davamlı olaraq yeni qərarların veriləcəyi gözləniləndir".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin