AQTA və Gömrük Komitəsi LƏĞV edilir? – Deputatdan AÇIQLAMA

Hazırda oxunan: AQTA və Gömrük Komitəsi LƏĞV edilir? – Deputatdan AÇIQLAMA

268105

Tanınmış iqtisadçı Natiq Cəfərli Azərbaycanda bir sıra dövlət qurumlarının, o cümlədən AQTA və Dövlət Gömrük Komitəsinin ləğv edilməsini təklif edib.

İqtisadçı Gömrük Komitəsi ayrıca qurum kimi ləğv edilməsinin vacibliyini dünya təcrübəsi ilə əsaslandırıb: “Dünyanın çox az ölkəsində ayrıca gömrük orqanları var”, deyə o bildirib.

Ekspert AQTA-nın sahibkarlar üçün problem yaratdığını vurğulayıb və bu sahədə keyfiyyətin ən güclü təminatçısının rəqabət və vətəndaş nəzarəti olduğunu qeyd edib.

Natiq Cəfərlinin geniş müzakirələrə səbəb olan fikirləri heç də birmənalı qarşılanmayıb.

Millət vəkili Razi Nurullayev Bizim.Media-ya açıqlamasında ekspertin fikirləri ilə razılaşmayıb. Deputat qeyd edib ki, bəzi dövlət qurumlarının ləğvi düzgün addım olmaz:

“Mən nə AQTA-nın, nə də Gömrük Komitəsinin ləğv edilməsinin tərəfdarıyam. Dövlətimizdə hələ elə bir sistem yaranmayıb ki, müəyyən idarələr ləğv edilsin və onların funksiyalarını başqa qurumlar tam əvəz etsin. Bu, gələcəyin işidir. Hazırda buna ehtiyac görmürəm. Əksinə, düşünürəm ki, Gömrük Komitəsi və AQTA-nın səlahiyyətləri daha da genişləndirilməli, fəaliyyətlərində ciddi dönüşlər yaradılmalıdır,” - deyə R.Nurullayev vurğulayıb.

Deputat həmçinin əlavə edib ki, Dövlət Gömrük Komitəsinin fəaliyyəti nəticəsində ölkə büdcəsinin əhəmiyyətli hissəsi formalaşır:

“Ümumilikdə idarələrin birləşdirilməsinin tərəfdarıyam,  lakin bu, konkret olaraq AQTA və Gömrük Komitəsinə şamil edilməməlidir”,  - deyə o, bildirib.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin