Avtobuslarda gedişhaqqının artırılması iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Avtobuslarda gedişhaqqının artırılması iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

268090

İctimai nəqliyyatda gedişhaqqı hazırda 50 qəpikdir və tariflərin artırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib.

Bizim.Media xəbər verir ki, bu barədə “Apa.az”ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edək ki, son dövrlər mətbuatda və sosial şəbəkələrdə ictimai nəqliyyatda gediş haqlarının artırılacağı barədə fikirlər səsləndirilir.
 

Lakin dövlət qurumları tərəfindən açıqlanan məlumatlarda bu məsələ öz təsdiqini tapmayıb. Belə ki, bundan öncə "Bakı metropoliteni" QSC-dən də mediaya açıqlamada metropolitendə tariflərin tənzimlənməsi ilə bağlı hansısa məlumatın olmadığı bildirilib.


Qeyd edək ki, son günlər sosial şəbəkələrdə və bəzi media resurslarında ictimai nəqliyyatda gedişhaqqının 1 manat olacağı ilə bağlı iddialar yayılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin