Yanvar-may aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb.
Bizim.Media Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, hesabat dövründə ölkəmizin İranla ticarət dövriyyəsinin dəyəri 167,4 milyon ABŞ dolları, BƏƏ ilə 22,8 milyon dollar, Səudiyyə Ərəbistanı ilə 7,5 milyon dollar olub.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr
Hər üç ölkə ilə ticarət dövriyyəsi 2020-ci ilin müvafiq dövrünə nisbətən artıb.
Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələri sırasında da ilk üçlükdədir. İrandan idxalın dəyəri 155,8 milyon dollar, BƏƏ-dən 16,4 milyon dollar, Səudiyyə Ərəbistanından isə 7 milyon dollar təşkil edib. Hər üç ölkə ilə idxal əməliyyatları artıb.
Bizim.Media