Naxçıvanın Maliyyə Nazirliyinə aparat rəhbəri TƏYİN OLUNDU

Hazırda oxunan: Naxçıvanın Maliyyə Nazirliyinə aparat rəhbəri TƏYİN OLUNDU

267360

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə aparat rəhbəri təyin olunub.

Bizim.Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılovun müvafiq əmrinə əsasən Hacıyev Nurlan Rauf oğlu Nazirliyin aparat rəhbəri vəzifəsinə təyin edilib.

Nurlan Hacıyev 4 sentyabr 1985-ci ildə Naxçıvan şəhərində anadan olub.
 

O, Naxçıvan Dövlət Universitetində “Gömrük işinin təşkili” və “Ümumi iqtisadiyyat” ixtisasları üzrə ali təhsil alıb.


Qeyd edək ki, əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində başlayan Nurlan Hacıyev sonrakı illərdə Naxçıvanbank ASC-nin Culfa rayon filialının müdiri, 2017-ci ildən isə Maliyyə Nazirliyinin Xəzinə şöbəsində sektor müdiri və şöbə müdiri vəzifələrində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin