ABŞ Maliyyə Nazirliyi Rusiya mənşəli almazların müəyyən kateqoriyalarının idxalına müvəqqəti icazə verib.
Bu barədə Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) dərc etdiyi ümumi lisenziyada qeyd olunur.
Sənədə əsasən, 1 sentyabr 2026-cı ilədək qeyri-sənaye təyinatlı almazların ABŞ-a gətirilməsinə icazə verilir.
Lakin icazələr yalniz müəyyən tarixlərədək Rusiyadan kənarda olan almazların idxalına verilib:
1 mart 2024-dək – çəkisi 1 karatdan çox olan daşlar üçün,
1 sentyabr 2024-dək – çəkisi 0,5 karatdan çox olan daşlar üçün.
Eyni zamanda, Rusiya almazlarının birbaşa idxalına və onların ABŞ ərazisində rəsmiləşdirilməsinə qoyulan qadağa qüvvədə qalır.
Bu xəbərin fonunda Rusiyanın “ALROSA” şirkətinin səhmləri 5,53% bahalaşıb.
Bizim.Media