Azərbaycanda aylıq pensiyaların orta məbləği ARTIRILIB

Hazırda oxunan: Azərbaycanda aylıq pensiyaların orta məbləği ARTIRILIB

266928

2025-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 103.3 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1 101 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10.8 faizini təşkil edir. Onların 64.6 faizi yaşa, 23 faizi əlilliyə, 12.4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.5 faiz artaraq 538.1 manat təşkil edib və ortaaylıq əməkhaqqının 49 faizinə bərabər olub.
 

"Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 fevral tarixli 469 nömrəli Sərəncamına əsasən, 2025-ci ilin 1 yanvar tarixindən ortaaylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb.


"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 14.3 faiz artırılaraq 2025-ci ilin 1 fevral tarixindən 320 manat müəyyən olunub", - deyə məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin