Azərbaycan Mərkəzi Bankına təyinat olub

Hazırda oxunan: Azərbaycan Mərkəzi Bankına təyinat olub

266912

Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar departamentinə yeni direktor təyin edilib.

Bizim.Media “banker.az”a istinadla xəbər verir ki, AMB sədri Taleh Kazımovun əmri ilə bu vəzifəyə Gülzar Tahirova İslam qızı təyin edilib.

Buna qədər bu vəzifə vakant idi. G.İ.Tahirova isə 2022-ci ilin aprelindən bu departamentdə dirktor müavini kimi çalışırdı. Tahirova 16 ildir Mərkəzi Bankda çalışır.
 

Xatırladaq ki, Tədqiqatlar departamentinin fəaliyyətinin əsas məqsədi ölkədə makroiqtisadi sabitliyin və maliyyə sabitliyinin təmin olunması, habelə ölkənin sosial-iqtisadi inkişafının dəstəklənməsi istiqamətində fundamental tədqiqatlar aparmaq, effektiv pul siyasətinin formalaşmasına və həyata keçirilməsinə imkan verən tədqiqat bazasının inkişafını və genişlənməsini təmin etməkdir.


Onun sturukturunda 4 şöbə var. Bunlar Makroiqtisadi tədqiqatlar şöbəsi; Modelləşdirmə və proqnozlaşdırma şöbəsi; Mikroiqtisadi tədqiqatlar şöbəsi və

Beynəlxalq iqtisadiyyat şöbəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin