Avropa Yenidənqurma və İnkişaf Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru – FOTO 

Hazırda oxunan: Avropa Yenidənqurma və İnkişaf Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru – FOTO 

26584

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan üzrə keçmiş ölkə meneceri İvana Duarte Dünya Bankına daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə Regional Ölkə meneceri təyin edilib. 

Bizim.Media xəbər verir ki, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə səlahiyyətləri icra edəcək İ.Duartenin ofisi Tbilisidə yerləşir. 

Qeyd edək ki, uzun müddət idi ki, IFC-də adıçəkilən vəzifə boş idi. 

Xatırladaq ki, bu ilin iyununda İ.Duartenin EBRD-də səlahiyyət müddəti başa çatıb və hələlik onun yerinə təyinat yoxdur. 

IFC-nin Avropa və Mərkəzi Asiya üzrə direktor Viebke Şlomer İ.Duartenin təyinatının regionda həyata keçiriləcək layihələrə təsir edəcəyini qeyd edib:

“IFC-nin Cənubi Qafqazdakı yeni Regional Menecerinin rolu, ölkələrin COVID-19 pandemiyasının yaratdığı misli görünməmiş problemlərin öhdəsindən gəldiyi dönəmdə xüsusilə əhəmiyyətlidir. Xüsusən də bölgədəki zəngin təcrübəsindən yararlanaraq özəl sektorun gücündən istifadə etmək üçün ölkələrin hər birində keçmiş nailiyyətlərimizi daha da inkişaf etdirməyə çalışacağıq”. 

İ.Duarte isə yeni regional menecer kimi fəaliyyəti zamanı əsasən özəl sektora diqqət göstərəcəyini qeyd edib:

“Pandemiya artım perspektivlərini ləngitməsinə baxmayaraq, iqtisadiyyatların bərpa prosesində özəl sektorun rolu həlledici olacaq. Mövcud vəziyyətdə IFC-nin Cənubi Qafqazdakı prioriteti iqlim dəyişikliyi, rəqəmsallaşma və kapital bazarlarının inkişafına diqqət yetirərək yaşıl, dayanıqlı bərpa məsələlərində kömək olacaqdır. Bazar və investisiya imkanları yaratmağa yönəlmiş islahatlara dəstək vermək üçün layihələrini davam etməyə planlaşdırırıq”. 

Əlavə edək ki, indiyədək EBRD Azərbaycanda 3 mlrd 123 milyon avro məbləğində layihələr həyata keçirib. 

175 layihədən 13-ü dövlət sektorunun (1,6 milyard avro), 162-i də özəl sektorunun (bütöv zərfin 23 %-i) payına düşür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin