Bu ölkələrdən qoyun idxalına məhdudiyyət qoyuldu – RƏSMİ

Hazırda oxunan: Bu ölkələrdən qoyun idxalına məhdudiyyət qoyuldu – RƏSMİ

265828

Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bolqarıstan və Xorvatiyanın bəzi vilayətlərindən Azərbaycana müvafiq malların idxalına məhdudiyyət qoyub.

Bu barədə Bizim.Media AQTA-dan məlumat verilib.

Bildirilib ki,Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Bolqarıstanın Qırcaəli vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Smolyan, Blaqoyevqrad vilayətlərində və Mərakeş Krallığının Fes-Meknes regionunda, Xorvatiyanın Primorsko-Qoranska, Liçko-Senska, Karlovaçka, Krapinsko-Zaqorska bölgələrində isə blutanq xəstəliyi qeydə alınıb.
 

Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə zonalaşma prinsipi nəzərə alınmaqla, adıçəkilən ölkələrin həmin inzibati ərazi vahidlərindən müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, AQTA müvəqqəti məhdudiyyət tətbiq edib.


Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin