ABŞ-da kiloqramlıq qızıl külçələr yeni rüsumlarla əhatə olunan mallar kateqoriyasına daxil edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.
Bildirilib ki, bu addım dünyanın ən böyük qızıl emalı mərkəzi hesab olunan İsveçrə iqtisadiyyatına daha bir zərbə ola bilər. Qeyd olunur ki, dünyanın ən iri fyuçers bazarlarından biri olan Comex-də ticarət əsasən kiloqramlıq külçələrlə aparılır. Bundan əlavə, qızıl ABŞ-a İsveçrənin əsas ixrac məhsulları siyahısında yer alır.
Nəşr yazır ki, Vaşinqtonun bu qərarı qlobal qiymətli metallar bazarında ciddi dəyişikliklərə səbəb ola bilər.
Xatırladaq ki, daha əvvəl ABŞ-ın ticarət rüsumlarının İsveçrə iqtisadiyyatına təsiri “dəhşətli ssenari” kimi qiymətləndirilmişdi.
Bildirilirdi ki, 39 faizlik tariflər texnologiya sahəsində fəaliyyət göstərən ixrac şirkətləri üçün “dəhşətli yükə” çevriləcək və onların fəaliyyətini mümkünsüz edəcək.
Bizim.Media