İpotekada olan evlərin satışında yeni QAYDALAR

Hazırda oxunan: İpotekada olan evlərin satışında yeni QAYDALAR

262872

Məhkəməyə müraciət edilmədən ipoteka predmetinin satışı yeni qaydada həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “İpoteka haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
 

Qanuna əsasən, tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs, hərracların keçirilməsi qaydası, o cümlədən hərrac baş tutmadıqda sonrakı prosedurların müəyyən edilməsi, tərəflərin hüquq və vəzifələri və əmlakın satış qiyməti tərəflərin razılığı ilə müəyyən olunur.


Buna müvafiq olaraq hərracların keçirilməsi qaydası, hərracın baş tutmaması, hərracın etibarsız sayılması ilə bağlı müddəalar qanundan çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin