Rusiya Mərkəzi Bankının siyasətini yumşaltması ABŞ dollarının möhkəmlənməsinə kömək edəcək.
Bizim.Media "Bankiros" portalına istinadən xəbər verir ki, bunu investisiya üzrə ekspert Yevgeni Xodçenkov bildirib.
Ekspertin fikrincə, dollar birdən-birə 100 rubl (təxminən 2 manat 8 qəpik) kursuna qayıda bilər.
"Rusiya Bankı pul siyasətini yumşaltmağa başlayan kimi rublun zəifləməsi bərpa olunacaq. Məzənnə dərhal 100-dən yuxarı zonaya qayıdacaq, çünki indiki səviyyələrdə o, sadəcə olaraq Rusiya iqtisadiyyatının strukturuna uyğun gəlmir", - Xodçenkov qeyd edib.
Bundan əvvəl "Sovcombank"ın makroiqtisadi təhlil departamentinin rəhbəri Nikita Kulagin 2025-ci ilin üçüncü rübündə dolların 83 rubla (təxminən 1 manat 72 qəpiyə) başa gələcəyini bildirib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın bəyanatına çox da əhəmiyyət vermək lazım deyil, çünki Amerika çətin ki, Hindistan və Çindən gələn mallara 100% və ya daha çox tariflər tətbiq edə bilsin. (Publika.az)
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
13:43 / 29.07.2025
Dolların məzənnəsi ilə bağlı PROQNOZ: 2 manat...
Hazırda oxunan: Dolların məzənnəsi ilə bağlı PROQNOZ: 2 manat...
Hazırda oxunan: Dolların məzənnəsi ilə bağlı PROQNOZ: 2 manat...
262239
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.