Ermənilər Qərbi Azərbaycanın qızılı üstündə dava saldı...

Hazırda oxunan: Ermənilər Qərbi Azərbaycanın qızılı üstündə dava saldı...

260912

Ermənistanın Tavuş rayonunun Vazaşen(Lələkənd) kəndindəki qızıl yataqlarının istismarı ilə bağlı yerli əhali, sifarişçi şirkət və ekoloqlar arasında mübahisə gedir.

xa0

Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər verir.xa0 Məsələ bundadır ki, ekoloq fəallar yerli əhalini Təbiəti Mühafizə Naziriliyindən lisenziya almış“Ey Yu Qrup” şirkəti tərəfindən kəndin ərazisindəki qızıl yatağının istismarının qarşısını almağa çağırır. Onlar bunu ətraf mühitin çirklənməsi, flora və faunaya zərər vurulacağı xa0və sakinlər arasında sağalmaz xəstəliklərin yaranma təhlükəsi ilə əlaqələndirirlər. İşsizlikdən, yoxsulluqdan əziyyət çəkən kəndlilərin əksəriyyəti isə bunun əksinə olaraq iş yerlərinin açılması üçün qızıl mədənlərinin fəaliyyətə başlamasına razıdırlar.

xa0

Hələki mübahisə öz həllini tapmayıb.

xa0

Xatırladaq ki, Vazaşen - Qərbi Azərbaycanda vaxtilə Gəncə xanlığı ərazisinə daxil olan, çar Rusiyası dövründə isə Yelizavetpol (Gəncə) quberniyası Qazax qəzasına aid edilən xa0xa0Karvansaray (İcevan) rayonundakı Lələkəndxa0 kəndinin erməniləşmiş adıdır. Rayon mərkəzindən 16 km məsafədə yerləşir.

xa0

Toponim «böyük tərbiyəçi» mənasında işlənən “lələ” sözünə qədim türk dilində «yaşayış mənəqəsi» mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir.

xa0

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Vazaşen qoyulmuşdur.

xa0

P.S. Allah verib Azərbaycanın xa0üzüyola vətəndaşlarına; haranı istəyirsən- qaz, nə istəyirsən- çıxar, hardan istəyirsən- pul çıxar, harda istəyirsən bina tik, park sal...

xa0

Sultan Laçınxa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin