Avropa İttifaqına giriş azərbaycanlılar üçün üç dəfə bahalaşa bilər

Hazırda oxunan: Avropa İttifaqına giriş azərbaycanlılar üçün üç dəfə bahalaşa bilər

260830

Avropa Komissiyası Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşları üçün İttifaq ərazisinə giriş haqqını üç dəfə artırmağı təklif edir.

Bizim.Media xəbər verir ki, bu dəyişiklik vizasız rejimə malik ölkələrin vətəndaşlarına da şamil olunacaq.
 

Yeni qaydalara əsasən, ETIAS adlı icazə sistemi (Avropa Səyahət Məlumatı və İcazə Sistemi) Aİ-yə daxil olmaq üçün məcburi sənəd olacaq. Hazırda bu icazə 7 avroya başa gəlir. Lakin inflyasiya səviyyəsinin artması səbəbindən təklif olunan yeni məbləğ 20 avrodur.


ETIAS sisteminin 2026-cı ilin sonuna doğru işə düşəcəyi gözlənilir.

O zaman Aİ üzvü olmayan ölkələrin vətəndaşları – o cümlədən azərbaycanlılar – Aİ-yə səfər üçün yalnız ödəniş etməklə kifayətlənməyəcəklər.

Onlar onlayn ərizə doldurmalı, şəxsi məlumatlarını təqdim etməli və təhlükəsizlik suallarına cavab verməlidirlər. Bu prosedurlar vizasız səyahət üçün əlavə bürokratik yük kimi qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin