Mikayıl Cabbarovdan Səudiyyə Ərəbistanına TƏKLİF

Hazırda oxunan: Mikayıl Cabbarovdan Səudiyyə Ərəbistanına TƏKLİF

26065

İqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) nümayəndə heyəti arasında görüş keçirilib.

Bizim.Media-ya İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi sahədə uğurlu əməkdaşlıq həyata keçirildiyini qeyd edən Azərbaycanın iqtisadiyyat naziri qarşılıqlı ticarətin əməkdaşlığın əsas istiqamətlərindən olduğunu, 2021-ci ilin yanvar-may aylarında ticarət dövriyyəsinin 41 %, ixracın isə 40 % artığını diqqətə çatdırıb. 

Mikayıl Cabbarov rəqəmsal iqtisadiyyat, nəqliyyat-tranzit, alternativ enerji, kiçik və orta biznes, aqrar, turizm və s. sahələr üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb, Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, sənaye zonalarına investisiya yatırmağa dəvət edib.

Bildirilib ki, hər iki ölkənin Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinə qoşulması bu sahədə əməkdaşlıq üçün yeni perspektivlər açır.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri ölkəmizlə bir sıra sahələrdə uğurlu tərəfdaşlığı vurğulayıb, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi potensialı barədə fikirlərini bölüşüb.

Görüşdə tərəflər iqtisadi əlaqələrin inkişafı istiqamətlərini müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin