2021-ci ilin yanvar-may aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 mlrd. 531 mln. manat, işsizlikdən sığorta üzrə daxilolmalar isə 52,4 mln. manat təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Daxilolmalar üzrə proqnoz 127,1 faiz icra edilib" - Mikayıl Cabbarov
Nazir qeyd edib ki, 5 ayda bu sığorta haqları üzrə daxilolmaların icrası proqnozlara nisbətən müvafiq olaraq 111% və 109,6% təşkil edib.
“Qeyri büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,6% və 15,9% artıb”.
Bizim.Media
5 ayda bu #sığorta haqları üzrə daxilolmaların icrası proqnozlara nisbətən müvafiq olaraq 111% və 109,6% təşkil edib. #Qeyribüdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,6% və 15,9% artıb.#Vergi #Vergilər #İqtisadiyyat #EconomyAz
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 21, 2021