ÜGT-nin Siyasi Komissiyasının sessiyasında bunlar müzakirə ediləcək - FOTO

Hazırda oxunan: ÜGT-nin Siyasi Komissiyasının sessiyasında bunlar müzakirə ediləcək - FOTO

25690

İyunun 21-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Siyasi Komissiyasının iki günlük sessiyası öz işinə başlayıb.

Dövlət Gömrük Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, onlayn formatda keçirilən sessiyada Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev ÜGT Şurasının Avropa Regionu üzrə sədr müavini qismində iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

Gömrük ödənişləri 10 %-ə qədər azaldı


Sessiyanın açılışında çıxış edən ÜGT Şurasının sədri Əhməd Əl Xəlifə iclasda müzakirə olunacaq məsələlər barədə məlumat verib, daha sonra isə təşkilatın baş katibi Kunio Mikuriya ÜGT-nin strateji planının icrasına dair tərəqqi hesabatını təqdim edib.

Sessiyanın birinci iş günündə, eyni zamanda özəl sektor məşvərət qrupunun hesabatı, ÜGT-nin COVİD-19 fəaliyyət planı, elektron ticarət paketi ilə bağlı müzakirələr aparılıb.

Çıxış edənlər COVİD-19 pandemiyası dövründə beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olunmasında, pandemiya ilə mübarizə çərçivəsində dərman vasitələri və tibbi ləvazimatların sürətli şəkildə çatdrılmasında gömrükçülərin xüsusi rol oynadığını vurğulayıb, təşkilatın gələcək strategiyası, prioritet sahələrin inkişafına dair fikir və rəylərini bildiriblər.

Tədbirin ikinci günündə isə ÜGT-nin 2021-2022-ci illər üzrə strateji planı, cari il üzrə vəziyyətin qiymətləndirilməsi, ÜGT-nin biznesin davamlılıq planı,gender bərabərliyi, idarəçilik və s. məsələlərin müzakirəsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin