Çavuşoğlu: “Naxçıvan dəhlizindən bölgə ölkələri faydalanacaq”

Hazırda oxunan: Çavuşoğlu: “Naxçıvan dəhlizindən bölgə ölkələri faydalanacaq”

2475

“Çinin tarixi İpək Yolu və digər layihələri var. Ancaq münaqişənin həlli nəticəsində açılacaq nəqliyyat dəhlizlərindən ilk növbədə bölgə ölkələri faydalanacaq”.

Bizim.Media-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M. Çavuşoğlu qeyd edib ki, Azərbaycan torpaqları işğaldan azad edilərsə, nəqliyyat dəhlizləri açılarsa, bundan hər kəs faydalanar:

“Çindən öncə bu nəqliyyat dəhlizlərindən bölgə ölkələri faydalanacaq. Naxçıvana açılacaq dəhlizdən ilk öncə Azərbaycan, Türkiyə və digər bölgə ölkələri faydalanacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin