“Bu sahələrdə iqtisadi artımı bərpa edə bilməmişik” - Vüsal Qasımlı

Hazırda oxunan: “Bu sahələrdə iqtisadi artımı bərpa edə bilməmişik” - Vüsal Qasımlı

24501

"2021-ci ilin ilk 5 ayının göstəricilərinə əsasən Azərbaycanda iqtisadi artım cüzi də olsa bərpa olunub".

Bizim.Media-nın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, bu ilin yanvar-may aylarında ümumi daxili məhsul 0,8 % artıb. V.Qasımlı qeyd edib ki, artımda əsas rol alan qeyri neft-qaz sənayesi bu ilin yanvar-may aylarında 16,2 % böyüyüb.

 “Artıq neçə ildir ki, qeyri-neft sənayesi ümumi iqtisadi artımda ən yüksək paya sahib olmaqla drayverə çevrilib. Qeyri-neft sənayesinin ÜDM-də xüsusi çəkisi son beş ildə 14,4 %-dən hazırda 17,9 %-ə yüksəlib. Qarabağda emal və dağ-mədən sənayesinin inkişafı ölkədə ümumi sənayeləşməni sürətləndirəcək.

Bu ilin ilk 5 ayında kənd təsərrüfatı sahəsində - bitkiçilikdə və heyvandarlıqda da artım olub. Bundan başqa informasiya və rabitə xidmətləri və pərakəndə ticarət artıb. Bir sıra xidmət sahələri, o cümlədən ictimai iaşə, nəqliyyat və tikintidə hələlik iqtisadi artımı bərpa etmək mümkün olmayıb. Ən əsası odur ki, ilin ilk dörd ayında qeyri-neft ixracı 27 % artıb”.

V.Qasımlı bildirib ki, bu il Azərbaycanda Dünya Bankının proqnozlarına əsasən 1,9 %, gələn il isə 4,5 % iqtisadi artım olacaq:

“Beynəlxalq Valyuta Fondu isə Azərbaycanda bu il 2,3 %, gələn il 1,7 % iqtisadi artım proqnozlaşdırır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin