Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il üçün Azərbaycanda neft və digər maye karbohidrogenlərin gündəlik orta hasilatı üzrə proqnozunu 0,06 milyon barel artıraraq 0,79 milyon barel səviyyəsinə çatdırıb. Bu, may ayındakı qeydə alınmış hasilat göstəricisindən 0,03 milyon barel çoxdur.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun iyun ayı üzrə hesabatında bildirilir.
MÖVZU İLƏ BAĞLI:
Neft qiymətləri daha da artacaq – Təhlükəli dövrə qədəm qoyuruq
Xatırladaq ki, bu ilin aprel ayında Azərbaycanda maye karbohidrogenlərin hasilatı 0,01 milyon barel azalaraq gündəlik 0,78 milyon barelə çatdırılıb. May ayında hasilatın həcmi 0,01 milyon barel artması gözlənilir.
Belə olan halda, bu ilin ikinci rübündə gündəlik hasilat 0,01 milyon barel artaraq 0,78 milyon barelə çatdırılacaq.
Belə ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən qaz-kondensat yataqlarında bu ilin aprel və may ayları ərzində təbii qaz və kondensatın gündəlik orta hasilatı 0,18 milyon barel səviyyəsində saxlanılması gözlənilir.
Xatırladaq ki, bu ilin may ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 674 min barel olub. Bunun 586 min barelini xam neft, 88 min barelini isə kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin müvafiq iclaslarında qəbul edilmiş razılaşmalar çərçivəsində ölkəmizdə orta günlük xam neft hasilatının cari ilin may ayında 603 min barel, iyun ayında 610 min barel, iyul ayında isə 620 min barel səviyyəsində saxlanılması müəyyənləşmişdi.
Bizim.Media